"Atletiko" Feliks üçün 50 milyon avro tələb edir
12.06.2024 - 11:17
La Liqa klublarından "Barselona" "Atletiko Madrid"ə məxsus hücumçu Joao Feliksi heyətində saxlamağa çalışır.
Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Barselona" 24 yaşlı futbolçunu yenidən icarəyə götürmək istəyir, lakin "Atletiko" 50 milyon avroya tam transferdə israrlıdır.
Portuqaliyalı ötən mövsümü icarə əsasında çıxış etdiyi Kataloniya klubunda keçirib.
Qeyd edək ki, Joao Feliks "Barselona"nın heyətində 44 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Forvardın müqaviləsi 2029-cu ilə qədərdir.
- Roy Kehat: "Hazırda İsraildə çox pis hadisələr yaşanır" - Müsahibə
- Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOLENT
- Güləşçimiz finalda uduzdu
- Niderland millisinin futbolçusu karyerasını bitirib
- Aleksandr Çertoqanov: “Onları Azərbaycan millisinə dəvət etmək mümkündür” - MÜSAHİBƏ
0
0