Aykut Kocaman sükutu pozdu - "Bu şərtlərlə işləyə bilməzdim"
20.06.2026 - 03:37
Aykut Kocaman sükutu pozdu - "Bu şərtlərlə işləyə bilməzdim"

"Fənərbaxça"nın baş məşqçi postuna namizədlərdən olan Aykut Kocaman klubla apardığı danışıqlarla bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşlərin yalnız Oğuz Çetin vasitəsilə aparıldığını bildirib.

Kocaman qeyd edib ki, klub prezidenti ilə birbaşa görüşü olmayıb:

"Apardığımız danışıqlar yalnız Oğuz Çetin üzərindən getdi. Aziz Yıldırımla heç bir görüşümüz olmadı. Texniki heyətim və futbolçularımla bağlı müəyyən tələblər, göstərişlər var idi. Mən isə bu şərtlərlə işləyə bilməyəcəyimi bildirdim".

Qeyd edək ki, son günlərə qədər "Fənərbaxça"nın baş məşqçi postuna Aykut Kocamanın gətiriləcəyi gözlənilsə də, klub rəhbərliyi yekunda İsmail Kartala etimad göstərib. Kartal bununla da karyerasında dördüncü dəfə İstanbul təmsilçisinin baş məşqçisi olub.