"Çelsi"də ciddi itki
13.02.2025 - 17:32
İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Nikolas Cekson sıradan çıxıb.
Tibbi müayinədən keçən seneqallı futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. 23 yaşlı forvard 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Seneqallı forvard “Çelsi”ni tərk edə bilər
- Qazaxıstanlı idmançı: “Yarışlar çox gözəl təşkil olunub, Xankəndi xoşuma gəldi”
- Polşa millisinin üzvü Super Liqa klubuna keçir
- Boks Federasiyasından İrəvandakı təxribatla bağlı etiraz məktubu
- İbrahim Hacıosmanoğludan Fatih Terimə sərt sözlər: “Heç yaraşdırmadım”
0
0