“Mançester Siti” müdafiəçisini ərəblərə satıb
27.08.2024 - 23:23
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Joao Kanselo Premyer Liqa təmsilçisini tərk edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına transfer olunub.
Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq. Onun satışı “şəhərlilər”i 25 milyon avro irəli salıb.
Ötən mövsümü icarə əsasında “Barselona”da keçirən Joao 4 qol vurub.
- Cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək
- Rəşad Sadıqov: “Azərbaycanda futbol tabloya görə qiymətləndirilir” - VİDEO
- "Qarabağ" yoldaşlıq oyununda məğlub olub - YENİLƏNİB
- Rəşad Sadıqov: “Musanın günü idi, nə edirdisə, alınırdı” - VİDEO
- UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
0
0