Neymar PSJ-dən ayrılmaq niyyətində deyil
18.02.2023 - 20:57
Neymar bu mövsümün sonunda PSJ-dən ayrılmaq niyyətində deyil.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu tənqidlərə baxmayaraq Paris komandasında qalmaq istəyir. Onun müqaviləsi 2027-ci ilə qədərdir.
Neymar Fransa çempionatının bərpasından sonra ilk 6 oyunu topuğundan zədəli keçirib. Hücumçu zədə problemi həll edildikdən sonra yenidən yaxşı formada ola biləcəyinə inanır.
Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də 19 matça 12 qol vurub və 10 məhsuldar ötürmə verib.
- Gimnastlarımızdan növbəti qızıl medal
- Arda Güler "Fənərbaxça"nı ziyarət edib - FOTO
- Tahir Süleymanov: "Sabah"ı "Zirə" və "Sumqayıt"la müqayisə etmək doğru olmaz" - Müsahibə
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı bəlli olub
- Ayxan Abbasov: “VAR olduğuna görə, belə epizodlar bağışlanmamalıdır” - MÜSAHİBƏ
0
0