Ulduz yarımmüdafiəçi "Barselona"dan ayrıla bilər
01.04.2024 - 09:07
Kataloniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan İspaniyanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Fotomaç" məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı alman futbolçunun xidmətində İstanbul "Qalatasaray"ı maraqlıdır. Artıq klub nümayəndələri təcrübəli yarımmüdafiəçinin agenti ilə ilkin danışıqlara başlayıb.
Gündoğanın Kataloniya klubu ilə müqaviləsi gələn ilin ortalarına qədərdir. Bu mövsüm yarımmüdafiəçi "Barselona"nın heyətində 43 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
- “Qarabağ”da növbəti ayrılıq - RƏSMİ
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- Renat "Hatayspor"a ciddi problem yaradıb
- Bojoviç Azərbaycan çempionatlarında işləyən 62-ci əcnəbi baş məşqçidir
- "Sabah" - "Makkabi" matçına nə qədər bilet satılıb?
0
0