Azərbaycan millisinin futbolçusu Emin Mahmudov yığma karyerasında ilkə imza atıb.
Apasport.az saytının məlumatına görə, Qətərlə Bakı Olimpiya Stadionunda keçirilən görüşdə (2:2) iki qola imza atan yarımmüdafiəçi milli forması ilə ilk dəfə dubl edib.
Bununla da Emin 2021-ci ildə vurduğu qolların sayını 7-yə çatdırıb. O, özünün bu matçadək də sahibi olduğu rekordu yeniləyib. Mahmudova qədər heç bir oyunçumuz bir ildə 4-dən artıq qol vurmamışdı.
Emin bununla da yığma karyerasındakı ümumi qol sayını 8-ə çatdırıb. Millinin “8 nömrə”si bu göstəricidə 3-cü yerə şərik çıxıb. Mahmudov Dmitri Nazarovla eyni sayda qol vurub. Emin yalnız Qurban Qurbanovla (14) Vaqif Cavadovdan (9) geri qalır.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya