Braziliya millisinin futbolçusu Dani Alveş “Barselona”ya qayıdır.
Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 38 yaşlı futbolçu Kataloniya klubu ilə müqavilənin son detallarını razılaşdırır.
Hətta La Liqa təmsilçisinin yeni baş məşqçisi Xavi Ernandes də bu məlumatı təsdiqləyib. O, uzun müddət çiyin-çiyinə oynadığı sabiq komanda yoldaşını sərəncamında görə biləcək. Son klubu “San Paulo”dan sentyabrda ayrılan Alveş karyerasını məhz “Barselona”da başa vurmaq istəyir.
Bunun fonunda “Barselona” hücumçu Luk de Yonqla qış fasiləsində yollarını ayıracaq. 31 yaşlı forvard Xavinin planlarına daxil deyil. “Barsa”da icarə əsasında çıxış edən Niderland millisinin üzvü yanvarda müqavilə ilə məxsus olduğu “Sevilya”ya qayıdacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi