“Barselona” daha bir niderlandlıya elçi düşdü
01.11.2021 - 11:16
“Barselona” daha bir niderlandlı futbolçunu heyətinə cəlb etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Bekə elçi düşüb.
Maraqlıdır ki, “qırmızı şeytanlar”da əsas heyətə düşə bilməyən 24 yaşlı orta sahə oyunçusu da həmyerlilərinin çoxluq təşkil etdiyi komandaya keçmək arzusundadır. La Liqa təmsilçisi qış fasiləsində onun transferinə çalışacaq.
Qeyd edək ki, Donni van de Bek “Mançester Yunayted”ə ötən il “Ayaks”dan keçib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0