“Barselona” Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi Xavi Ernandesi baş məşqçi postuna təyin etməkdə israrlıdır.
Apasport.az saytının məlumatına görə, sabiq kapitanın keçidi ilə bağlı “Əl-Sədd”lə danışıq aparmaq üçün Kataloniya klubunun nümayəndələri bu həftə Qətərə yollanacaq.
Nümayəndə heyətinə proqramı uyğun olarsa, prezident Joan Laporta rəhbərlik edəcək. Heyətə direktor Mateu Alemani və vitse-prezident Rafa Yuste də daxil olacaq. İspanlar ən geci noyabrın 4-nə kimi razılığa gəlməyə ümid edirlər.
Qeyd edək ki, “Əl-Sədd” “Barselona” ilə şəxsi müqaviləni razılaşdıran Xavini 1 milyon avroya buraxmağı planlaşdırır.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu