“Barseona”ya görə Braziliya yığmasından imtina etdi
08.11.2021 - 22:53
Bu gün “Barselona”ya baş məşqçi təyin olunan Xavi Ernandesin başqa variantı da olub.
Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis Braziliya millisindən təklif alıb.
İspaniyalı Qətərin “Əl-Sədd” klubunda çalışdığı zaman Braziliya yığmasından təklif aldığını söyləyib. “Pentakampeonlar” konkret olaraq DÇ-2022-dən sonra Xavini hazırkı çalışdırıcı Titenin yerinə təyin etmək istəyib. Lakin o, doğma komandası “Barselona”nın sükanı arxasına keçmək üçün braziliyalılara “yox” cavabını verib.
Qeyd edək ki, Xavi Ernandes “Barselona” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0