“Milan” “Rubin”in yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın keçidində israrlıdır.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” Gürcüstan millisinin üzvünü qış fasiləsində heyətinə cəlb etmək niyyətindədir.
A seriyası təmsilçisinin direktoru Paolo Maldini və idman direktoru Frederik Massara 20 yaşlı hücumameyilli oyunçunun çıxışını diqqətdə saxlayır və tezliklə “Rubin”lə danışığa başlayacaq. Rusiya klubu gənc futbolçusunun transferindən 20 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Gürcüstan millisinin DÇ-2022-nin seçmə mərhələsində İsveç üzərində 2:0 hesablı dünənki qələbəsinin memarı dubla imza atan Xviça olub.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb