İngiltərənin “Nyukasl” klubu heyətinə yeni qapıçı qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderlərindən biri olan Nyukasl təmsilçisinin sahibləri Andre Ter-Şteqenin xidmətində maraqlıdır.
İngiltərə təmsilçisi almaniyalı qolkiper üçün xərcə düşməyə də hazırdır. Britaniyalılar onun üçün 47 milyon funt sterlinq ödəməyi planlaşdırır.
Maliyyə çətinlikləri yaşayan “Barselona”nın Andreni satmağa razılaşacağı gözlənilir. Lakin qolkiperin bu təklifi qəbul etməsi inandırıcı deyil. Çünki almaniyalı yalnız vətəninə qayıtmaq üçün “Barselona”dan gedəcəyini dəfələrlə açıqlayıb.
Qeyd edək ki, Ter-Şteqen cari mövsümün 13 oyununda 15 top buraxıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi