“Nyukasl”ın İnsinye planı
11.11.2021 - 12:48
İngiltərənin “Nyukasl” klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Lorenso İnsinyenin xidmətində maraqlıdır.
Nyukasllılar hücumçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Klub rəhbərliyi onun İtaliya “Napoli”si ilə müqaviləsinin başa çatmasını gözləyir. Yayda anlaşması bitəcək İnsinye yeni mövsümə Premyer Liqada başlaması mümkündür.
Qeyd edək ki, Neapol təmsilçisi Lorensonu heyətində saxlamaqda maraqlı olsa da, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə edə bilmir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0