“Real” “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın keçidində israrını davam etdirir.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi yaxın bir neçə ayda Fransa millisinin üzvünün son durumunu izləməkdə davam edəcək.
28 yaşlı orta sahə oyunçusu “qırmızı şeytanlar”la mövsümün sonuna qədər olan müqaviləsini yeniləməsə, ispanlar onu azad agent kimi heyətə cəlb etmək üçün danışıqlara başlayacaq. “Yuventus”, “Barselona” və PSJ-nin də gündəmində olan Poqbanı Mançester klubu da komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Pol Poqba bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 7 məhsuldar ötürmə verib.
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”