“Premyer Liqaya uğurlu start götürsək də, sonradan uzun müddət qələbə qazana bilmədik”.
Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi Azərbaycan Premyer Liqasının IX turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.
“Kapital Bank Arena”da rəqibini 2:0 hesabı ilə məğlub edən “gənclik şəhəri” təmsilçisi 6 oyunluq qələbəsizlik seriyasına son qoyub. 28 yaşlı müdafiəçi bunu “qara zolaq” hesab etmir: “Əvvəlki oyunlarda yaxşı çıxış etsək də, istədiyimiz nəticəni qazana bilməmişdik. Amma “Səbail”lə qarşılaşmada yaxşı oynamaqla yanaşı, qələbə də qazandıq. Nəticədə turnir cədvəlində rəqibi üstələyə bildik. Çox yaxşı komandamız var. “Qara zolaq” deyəndə bunu belə adlandırmazdım. Həqiqətən də, bu dövrdə yaxşı keçirdiyimiz oyunlar oldu, təəssüf ki, qələbə qazanmaq mümkün olmurdu. Şükürlər olsun, bu dəfə 3 xala sevindik. Növbəti oyunlara hazırlaşmalıyıq”.
Milli komandamızın üzvü matçın 63-cü dəqiqəsində rəqibin futbolçusu Nikolas Raysellə yaşadığı münaqişəyə də aydınlıq gətirib: “Topsuz mübarizə zamanı rəqib oyunçu məni vurdu və özünü yerə atdı. Bu məsələni şişirmək istəməzdim. Futbolun içində olan hadisədir”.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada növbəti oyununu noyabrın 7-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi