“PSJ “Bavariya”ya rəqib olsa, yenə uduzacaq. Onları məğlub etmək xoşuma gəlir. Qələbələr pullarının kifayət etmədiyini göstərir”.
Apasport.az saytının məlumatına görə, bunu “Bavariya”nın fəxri prezidenti Uli Höness deyib.
Futbol funksionerinin fikrincə, çox pula sahib olmaq “Mançester Siti” və PSJ-nin Çempionlar Liqasını qazanmasına kömək etməyəcək: “İndiyədək bu iki klub heç nə qazanmayıb. Onların lənətə gəlmiş pulu Çempionlar Liqasını qazanmaq üçün kifayət deyil. PSJ rəhbəri ilə mənim aramdakı fərq? Mən pul qazanmaq üçün çox çalışdım. Onların isə buna görə işləməyinə ehtiyac yoxdur”.
Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasının üçqat qalibidir. PSJ və “Mançester Siti” isə hərəyə bir dəfə turnirin finalına yüksəlməklə kifayətlənib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi