İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a mümkün transferinə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, qurum rəhbərinin fikrincə, La Liqada fransalı forvarddan da yaxşı oyunçu var.
O, “Barselona”nın hücumçusu Ansu Fatini Mbappedən üstün hesab edir: “Biz həmişə İspaniyadan kənarda olanı qiymətləndiririk. Amma bizdə Ansu Fati var. Təəssüf ki, uzun müddət zədəli oldu. Amma o, oynayanda Mbappe ilə bərabər, hətta ondan da üstün olur”.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kilian Mbappenin gələn yay “Real”a keçidi gözlənilir.
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”