Millidə daha bir itki
11.11.2021 - 13:33
İngiltərə millisi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “Vest Hem”in futbolçusu Deklan Rays yığmanın noyabr oyunlarında iştirak etməyəcək.
22 yaşlı yarımmüdafiəçi millinin düşərgəsini tərk edib. Buna futbolçunun xəstələnməsi səbəb olub. O, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 12-də Albaniya, üç gün sonra San-Marinoya qarşı keçiriləcək matçlarını buraxacaq.
Qeyd edək ki, Raysa qədər Markus Reşfordla Ceyms Uord-Prausun bu matçlardan kənar qalacağı dəqiqləşib. Meuson Mauntla Lük Şounun iştirakı isə sual altındadır.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0