“Yuventus”un hücumçusu Alvaro Moratanın karyerasını harada davam etdirəcəyi məlum deyil.
Apasport.az saytının məlumatına görə, Turin klubunda icarə əsasında çıxış edən forvard müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıtmayacaq.
Çünki madridlilərin baş məşqçisi Dieqo Simeone onun xidmətində maraqlı deyil. Argentinalı mütəxəssis hücum xəttinin “Fiorentina”lı Duşan Vlahoviçlə gücləndirilməsini istəyir. “Yuventus” isə Moratanı birbaşa transfer etmək üçün ispanların tələb etdiyi məbləği ödəmək fikrində deyil. Hazırda onun transfer qiyməti 35 milyon avroya bərabərdir. “Atletiko” bu məbləğdə endirimə getməsə, mövsümün sonunda İspaniya millisinin üzvünə yeni komanda axtarmalı olacaq.
Qeyd edək ki, Alvaro Morata karyerası ərzində eyni zamanda “Real” və “Çelsi”nin də formasını geyinib.
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”