Fransanın PSJ klubunun futbolçusu Aminat Diallo həbs olunub.
Apasport.az saytının məlumatına görə, buna onun komanda yoldaşı Xeyru Xamrauiyə hücum təşkil etməsi səbəb olub.
Xeyruya hücum edərək onu döyən iki naməlum şəxsin Diallo tərəfindən tutulduğu iddia olunur. Futbolçu əsas heyətdəki yerini qaytarmaq üçün komanda yoldaşını sıradan çıxarmağa cəhd edib. Aminatın bu istəyi baş tutub.
Noyabrın 9-da keçirilən Çempionlar Liqasının “Real”la matçında (4:0) Xeyru meydana çıxa bilməyib. Diallo isə 88 dəqiqə oynayıb.
PSJ baş verənlərlə bağlı bəyanat yayıb. Fransalılar oyunçusunun komanda yoldaşına hücum təşkil etməkdə günahlandırılaraq həbs edildiyini təsdiqləyib. Lakin parislilər zərərçəkənin adını açıqlamayıb. Bildirilir ki, klub rəhbərliyi digər oyunçuların təhlükəsizliyinin artırılması üçün hər şey edir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi