Premyer Liqa klubu 16 yaşlı futbolçuya elçi düşdü
09.11.2021 - 00:42
“Dandi Yunayted”in müdafiəçisi Kerr Smit karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Liverpul” 16 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Gənc futbolçu həmçinin “Mançester Yunayted”, “Everton” və “Aston Villa”nın da gündəmindədir. Lakin “qırmızılar” bu mübarizədə bir addım öndə hesab olunur. Baş məşqçi Yurgen Klopp Smitin gələcəkdə komandanın aparıcı simasına çevriləcək potensialda olduğunu düşünür.
Qeyd edək ki, bu mövsüm “Dandi Yunayted”in heyətində 6 oyun keçirən Kerr Smitin transfer dəyəri 100 min avroya bərabərdir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0