“Şamaxı maraqlı, gəzməli yerdir”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
O, “Keşlə” klubunun “Şamaxı” adı altında çıxış etməsinə münasibət bildirib. Musayev bunu müsbət qiymətləndirdiyini söyləyib: “Ayrı vaxt bizi biabır edirsiniz ki, Bakı çempionatıdır. Şamaxıda futbol olması yaxşıdır. Qəbələyə getməkdən bezmişik. Nə qədər Qəbələ - Bakı yolunu getmək olar. Bölgələrdə komandaların sayının çoxluğu daha maraqlı olar. Şamaxıya getmək orada yaşayan gənclərə stimul olacaq. Heç olmasa 4-5 nəfərdə futbola maraq yaratsa, o da bir şeydir”.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi