Saşa Stamenkoviç “Sabah”ı tərk edir – gedəcəyi ölkə bəllidir
03.11.2021 - 09:46
“Sabah”ın qapıçısı Saşa Stamenkoviç karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, 36 yaşlı qolkiper “Aktobe”nin maraq dairəsindədir. 2016/17-ci illərdə bu ölkədə “Okjetpes”in formasını geyinən serbiyalı “Aktobe”yə keçməyə çox yaxındır. Komandanın baş məşqçisi Vladimir Muxanov bu transferdə şəxsən maraqlıdır.
Qeyd edək ki, 2018-ci ildən “Sabah”ın formasını geyinən Saşa Stamenkoviç bu mövsümü əsasən ehtiyatda keçirir. Onun bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdir.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0