Şevçenko baş məşqçi kimi İtaliyaya qayıtdı
07.11.2021 - 18:55
“Milan”ın əfsanəvi futbolçusu Andrey Şevçenko yenidən A seriyasına qayıdıb.
Apasport.az saytının məlumatına görə, ukraynalı bu dəfə baş məşqçi kimi İtaliyada fəaliyyət göstərəcək.
Çünki 45 yaşlı mütəxəssis “Cenoa”nın baş məşqçisi təyin olunub. Genuya təmsilçisi tvitter səhifəsi vasitəsilə bu təyinatı elan edib. Ukrayna millisinin sabiq çalışdırıcısı yeni komandası ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, dünən Davide Balyardini ilə yollarını ayıran “Cenoa” A seriyasında hazırda 9 xalla 18-ci pillədə qərarlaşır.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0