“Futbolçular bu gün meydanda bütün bacarığını ortaya qoydu. Məni məyus edən bəzi məqamlar var, amma bu barədə danışmaq istəmirəm”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.
Serbiyalı mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin Avstriya ilə ev oyunundakı 0:3 hesablı məğlubiyyətə şərh verib: “Qol epizodlarımız var idi. Əlimizə düşən şanslardan yararlanmalı idik. İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son ötürmələrdə diqqətli olmalıyıq. Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi".
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb