Almaniya millisinin üzvü yenidən Premyer Liqada - RƏSMİ
03.01.2026 - 11:23
Almaniya millisinin üzvü yenidən Premyer Liqada - RƏSMİ

“Borussiya Dortmund”un futbolçusu Paskal Qros karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Brayton”a transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Bundesliqa təmsilçisi bu keçiddən 2 milyon avro gəlir əldə edəcək. Oyunçu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Paskal Qros daha əvvəl 2017–2024-cü illərdə də “Brayton”un şərəfini qoruyub.