“Real”ın və İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. “Boka Xuniors” klubu ispan müdafiəçinin xidmətində maraqlıdır. Argentina təmsilçisi artıq oyunçu ilə danışıqlara başlayıb.
“Boka Xuniors”da uruqvaylı hücumçu Edinson Kavani də çıxış edir.
Argentina klubu 2025-ci ildə keçiriləcək Klublararası dünya çempionatda iştirak edəcək. “Boka Xuniors” turnirdə C qrupunda “Bavariya”, “Benfika” və “Oklend Siti” ilə mübarizə aparacaq. İyunun 15-də start götürəcək çempionata iyulun 13-də yekun vurulacaq
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir