Argentina millisində dəyişiklik: Balerdi heyətdən çıxarıldı
11.06.2026 - 22:30
Argentina millisinin dünya çempionatı üçün heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, zədəli Leonardo Balerdinin əvəzinə Markos Senesi yığmanın heyətinə cəlb olunub.
Balerdi məşq zamanı sağ baldır nahiyəsindən zədə aldığı üçün mundialda iştirak edə bilməyəcək.
Bu səbəbdən Argentina millisinin baş məşqçisi Lionel Skaloni müdafiə xəttində məcburi dəyişikliyə əl atıb.
Qeyd edək ki, Argentina dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0