“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, London klubu “Brügge”nin cinah oyunçusu Xristos Tzolisi transfer gündəminə daxil edib.
Bu barədə insayder Devid Ornşteyn məlumat yayıb.
Bildirilir ki, “topçular” 24 yaşlı futbolçu üçün yaxın günlərdə rəsmi addım atacaq.
Belçika klubu isə Yunanıstan millisinin üzvünü ucuz buraxmaq niyyətində deyil.
“Brügge” Tzolisin transferi üçün 40 milyon avro tələb edir.
Xristos Tzolis “Brügge”yə 2024-cü ildə “Fortuna Düsseldorf”dan keçib.
Qeyd edək ki, Tzolis cari mövsüm Belçika çempionatında “Brügge”nin heyətində 36 oyunda 17 qol vurub, 23 məhsuldar ötürmə edib. Yunanıstanlı futbolçu Çempionlar Liqasında isə 9 matçda 2 qol və 1 assistlə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi