“Barselona” Markus Reşfordla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Kataloniya klubu ingiltərəli hücumçu üçün 5 gün ərzində müddəti başa çatacaq 30 milyon avroluq satınalma opsiyasından istifadə etməyəcək.
Bu səbəbdən Reşfordun rəsmi olaraq “Mançester Yunayted”ə qayıtmağa hazırlaşdığı bildirilir. Buna baxmayaraq, “Barselona” futbolçu ilə bağlı yeni variantlara açıqdır.
Kataloniya təmsilçisi “Mançester Yunayted”in "qapıları açacağı halda" başqa bir icarə razılaşması üçün yenidən danışıqlara hazırdır.
Qeyd edək ki, Reşford “Mançester Yunayted”in yetirməsidir və klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
- Bəziləri zədəli, bəziləri kənarda qaldı – DÇ-ni buraxacaq ulduzlar