“Beşiktaş” Trossardla razılığa gəldi
12.06.2026 - 22:16
“Beşiktaş” heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Arsenal”ın hücumçusu Leandro Trossardla prinsipial razılıq əldə edib.
Bu barədə “CaughtOffside” məlumat yayıb. Bildirilir ki, tərəflər arasında danışıqlar irəliləyib və “Beşiktaş” yaxın vaxtda London təmsilçisi ilə rəsmi görüşmələrə başlayacaq.
Transferin dəyərinin təxminən 20 milyon avro ətrafında ola biləcəyi iddia edilir.
Qeyd edək ki, 31 yaşlı belçikalı futbolçu 2023-cü ildən “Arsenal”da çıxış edir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0