“Çelsi” qapıçı axtarışında – Hədəfdə Mayk Menyan
08.06.2026 - 23:50
“Çelsi” qapıçı axtarışında – Hədəfdə Mayk Menyan

“Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, fransalı qolkiper Premyer Liqada oynamaq istədiyini menecerinə bildirib.

“Caught Offside”ın məlumatına görə, hazırda “Çelsi” Menyanın mümkün transferini nəzərdən keçirir.

London təmsilçisi yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək istəyir. “Milan”ın əsas qolkiperi olan Menyan “zadəganlar”ın siyahısındadır.

Qeyd edək ki, 30 yaşlı qapıçının “Milan”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.