DÇ 2026: A qrupunda ilk mənzərə
12.06.2026 - 08:23
DÇ 2026:  A qrupunda ilk mənzərə

2026-cı il dünya çempionatında A qrupunda ilk turun oyunlarından sonra turnir cədvəli formalaşıb.

Apasport.az xəbər verir ki, ilk matçların ardından Meksika və Cənubi Koreya hərəyə 3 xal toplayıb.

Top fərqinə görə Meksika qrupda ilk pillədə qərarlaşıb.

Hər iki komanda 2 qol vurub. Meksika qapısını toxunulmaz saxladığı üçün +2 top fərqi ilə zirvədə yer alıb.

Cənubi Koreya isə buraxdığı 1 qola görə +1 göstərici ilə ikinci pillədədir.

İlk turdan sonra Çexiya və Cənubi Afrika xalsız qalıb. Çexiya 1 vurub, 2 top buraxıb və 3-cü sıradadır.

Cənubi Afrika isə qolsuz məğlubiyyətlə sonuncu pillədə yer alıb.

Qeyd edək ki, A qrupunda növbəti turun oyunları iyunun 18-də keçiriləcək. Həmin gün Çexiya Cənubi Afrika ilə, Meksika isə Cənubi Koreya ilə üz-üzə gələcək.