2026-cı il dünya çempionatının açılış oyununda tarixi hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, Meksika – Cənubi Afrika Respublikası matçında ümumilikdə 3 futbolçu meydandan qovulub.
Əvvəlcə CAR millisinin üzvü Sfefelo Sithole 49-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
Afrika təmsilçisində ikinci qırmızı vərəqəni Temba Zvane görüb.
O, 84-cü dəqiqədə komandasını azlıqda qoyub.
Matçın sonlarında Meksika da 10 nəfərlə qalıb. Meydan sahiblərinin müdafiəçisi Sezar Montes qırmızı vərəqə alaraq oyunu vaxtından əvvəl başa vurub.
Beləliklə, dünya çempionatlarının açılış oyunları tarixində ilk dəfə bir matçda 3 qırmızı kart qeydə alınıb.
Buna qədər açılış oyunlarında ən yüksək göstərici 2 qırmızı kart idi. 1990-cı ildə Argentina – Kamerun matçında Kamerun millisinin futbolçuları Andre Kana-Biyik və Benjamin Massinq meydandan qovulmuşdu.
Qeyd edək ki, Meksika qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi