Somalili hakim Omar Abdulkadir Artan DÇ-2026-da idarəçilik edə bilməsə də, turnir üçün nəzərdə tutulan ödənişi alacaq.
Apasport.az xəbər verir ki, ABŞ-a buraxılmadığı üçün dünya çempionatında iştirak edə bilməyən 34 yaşlı referiyə FIFA tərəfindən tam turnir haqqı ödəniləcək.
Artan mundialda oyun idarə edəcək ilk somalili hakim olmağa hazırlaşırdı. Lakin o, Mayami hava limanında ABŞ sərhəd xidməti tərəfindən ölkəyə buraxılmayıb.
FIFA isə miqrasiya qərarlarının ev sahibi ölkənin səlahiyyətində olduğunu bildirib.
Qeyd edək ki, Omar Artan 2025-ci ildə Afrikanın ən yaxşı kişi hakimi seçilib. UEFA ona dəstək məqsədilə avqustda keçiriləcək UEFA Superkuboku matçını idarə etməyi tapşırıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi