Dibala “Roma”dan ayrılır? - Gələcəyi ilə bağlı qərarını açıqladı
13.06.2026 - 22:19
"Roma"nın futbolçusu Paulo Dibala gələcəyi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, argentinalı hücumçu hələlik yekun qərar vermədiyini bildirib.
Dibala klubuna hörmət etdiyini və bu səbəbdən hazırda gələcəyi barədə geniş danışmaq istəmədiyini söyləyib:
“Gələcəyimlə bağlı qərar verməmişəm. Bu ayın sonuna qədər “Roma”nın futbolçusuyam və klubuma olan hörmətimə görə bu mövzuda danışmayacağam. Nələrin olacağını görəcəyik”.
Qeyd edək ki, Dibala 2022-ci ildən “Roma”da çıxış edir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0