“Yuventus” yeni qapıçı transferinə hazırlaşır.
Apasport.az xəbər verir ki, Di Marzionun məlumatına görə, Turin klubu “Aston Villa”nın argentinalı qolkiperı Emiliano Martinezlə razılıq əldə edib.
32 yaşlı futbolçunun transferi üçün klublar arasında danışıqlar davam edir. “Yuventus” keçidi yaxın zamanda tamamlamağı planlaşdırır.
Qeyd edək ki, Emiliano Martinez 2020-ci ildən “Aston Villa”da çıxış edir. Argentinalı qolkiper bu klubda oynadığı dövrdə millisi ilə DÇ-2022, Amerika Kuboku və Finalissimada çempion olub. O, həmçinin dünyanın ən yaxşı qapıçılarından biri kimi “Yaşin” mükafatına layiq görülüb.