“Real” və “İnter” əfsanələri arasında yoldaşlıq oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Santyaqo Bernabeu”da təşkil olunan “Corazon Classic Match”də Madrid təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
“İnter” 41-ci dəqiqədə Hernanesin qolu ilə hesabı açıb. “Real” 70-ci dəqiqədə Pepe ilə bərabərliyi təmin edib. 76-cı dəqiqədə Barral Madrid klubunun qələbə qolunu vurub.
Qarşılaşmada “Real”ın heyətində Miçel Salqado, Pepe, İvan Kampo, Klod Makelele, Kristian Karembö, Esteban Qranero, Pedro Leon kimi sabiq futbolçular meydana çıxıb.
“İnter”in heyətində isə Françesko Toldo, Maikon, Lusio, Andrea Ranokkiya, Antonio Kandreva, Esteban Kambyasso, David Pisarro, Rodriqo Palasio, Campaolo Patsini, Xavyer Zanetti, Fredi Quarin, Borxa Valero və Hernanes kimi adlar forma geyinib.
Türkiyə futbolunun tanınmış simalarından Emre Belözoğlu da “İnter” əfsanələrinin heyətində meydana çıxıb. O, 56-cı dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, xeyriyyə xarakterli qarşılaşmadan əldə olunan gəlir “Real Madrid” Fondunun sosial layihələrinə yönəldiləcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi