“Barselona”nın futbolçusu Ansu Fatinin “Monako”ya keçidi sual altına düşüb.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Transferin yekunlaşmasına futbolçunun maaş məsələsi mane olur. “Monako” 23 yaşlı hücumçunu “Barselona”dan 11 milyon avroya almağa razılıq versə də, Fatinin yüksək maaşı danışıqları çətinləşdirib.
Futbolçunun Kataloniya klubu ilə hazırkı müqaviləsinə əsasən, onun növbəti mövsümdə illik məvacibi 14 milyon avroya yüksələcək. “Monako” bu məbləği ödəməyə hazır deyil, Fati isə maaşından imtina etmək istəmir.
Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, ötən mövsümü icarə əsasında “Monako”da keçirib və 30 matçda 12 qol vurub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi