“Fənərbaxça” heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul klubu Seru Girassi ilə razılıq əldə edib.
“Sabah”ın məlumatına görə, Dortmund “Borussiya”sının hücumçusu gələn həftə İstanbula gələcək.
“Fənərbaxça” bu keçid üçün Almaniya klubuna 35 milyon avro təzminat ödəyəcək.
Girassinin illik maaşının 10 milyon avro olacağı bildirilir. Tərəflər arasında 3 illik müqavilə imzalanacaq. Bu isə o deməkdir ki, Girassi transferi "Fənərbaxça"ya ümumilikdə 65 milyon avroya başa gələcək.
Qeyd edək ki, Girassi ötən mövsüm “Borussiya”nın heyətində Bundesliqada 33 oyuna çıxıb, 17 qol vurub. O, Çempionlar Liqasında isə 10 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi