DÇ-2026-nın qrup mərhələsində E qrupunun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, turun ikinci matçında Fil Dişi Sahili Ekvadorla qarşılaşıb.
Azarkeşlər gərgin keçən görüşdə qol görmək üçün 89 dəqiqə gözləməli olublar. Meydana sonradan girən Amad Diallo 90-cı dəqiqədə Vilfred Sinqonun məhsuldar ötürməsindən sonra Fil Dişi Sahilinə qələbə gətirən qolu vurub.
Qeyd edək ki, E qrupunda Fil Dişi Sahili və Ekvadorla yanaşı, Almaniya və Kurasao milliləri də mübarizə aparır.
DÇ-2026, qrup mərhələsi, I tur
E qrupu
03:00. Fil Dişi Sahili – Ekvador 1:0
Qol: A. Diallo, 90
Fil Dişi Sahili:
Yahya Fofana, Konan, Aqbadou, Sinqo, Due, Diomande, Seko Fofana, Kessi, Ture, Pepe, Vahi.
Ekvador:
Qalindes, Ordonez, Paço, Hinkapiye, Minda, Franko, Kaysedo, Vite, Plata, Valensiya, Yeboah.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi