Pol Poqba karyerasını Fransada davam etdirmək istəyir.
Apasport.az xəbər verir ki, antidopinq qaydalarını pozduğuna görə hələ də cəza çəkən fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba yeni klubu ilə bağlı qərar verib.
31 yaşlı yarımmüdafiəçi karyerasını "Marsel"də davam etdirmək istəyir.
Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi futbolçu tərəfinin arqumentlərini nəzərə alaraq cəzasını 4 ildən 1,5 ilə endirib. Buna görə də, Poqba yanvarda rəsmən məşqlərə başlaya bilər.
Polun keçmiş klubu “Yuventus” futbolçu ilə müqavilə müddətini ləğv etdiyi üçün o, transfer bazarına azad agent kimi daxil olacaq.“Marsel” özü hələ Poqba ilə müqavilə imzaladığını açıqlamayıb. Yanvarda tərəflərin rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir