Hansi Flik cəzalandırılıb
11.12.2024 - 17:17
İspaniya La Liqa klublarından “Barselona”nın baş məşqçisi Hansi Flik cəzalandırılıb.
Apasport.az xəbər verir ki, dekabrın 7-də səfərdə “Real Betis”lə qarşılaşan Kataloniya klubunun çalışdırıcısı qırmızı vərəqə alıb.
Buna mütəxəssisin hakim qərarına etiraz etməsi səbəb olub.
İspaniya İntizam Komitəsi alman baş məşqçinin 2 oyunluq cəzasını təsdiqləyib.
Qeyd edək ki, Flik “Leqanes” və “Atletiko Madrid” görüşlərində oyunu tribunadan seyr edəcək.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0