FIFA prezidenti Canni İnfantino İtaliya millisi ilə bağlı ironik açıqlama verib.
Apasport.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri dünya çempionatının gələcəkdə 64 komandalı formatda keçirilməsi ehtimalından danışarkən İtaliya yığmasına söz atıb.
“Dünyanın daha çox ölkəsini turnirə cəlb etmək üçün 64 komandalı Dünya Kuboku ideyasını müzakirə etmişik.Amma hələlik 48 komandalı turnirdən zövq alaq.
Bəlkə, İtaliya 64 komandalı dünya çempionatına vəsiqə qazanmağı bacarar. Əgər bu da bəs etməsə, ola bilsin, iştirakçı sayını 208-ə çatdırarıq”, - deyə İnfantino bildirib.
FIFA prezidenti bununla ardıcıl üçüncü dəfə mundialdan kənarda qalan İtaliya millisini ələ salıb.
İnfantino daha əvvəl də 2026-cı il dünya çempionatının formatını müdafiə edərək turnirin rekordmiqyaslı olacağını vurğulayıb.
FIFA rəhbəri həmçinin zarafatla Los-Ancelesdə keçirilən tədbirdə şəhərin mundial zamanı “xoşbəxt barbarlar” tərəfindən “işğal olunacağını” söyləyib.
Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi