“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtaliano hücum xəttini gücləndirmək üçün Duşan Vlahoviçin transferində maraqlıdır.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis serbiyalı forvardla görüşüb.
İtaliano keçmiş futbolçusunu yeni komandasında görmək istəyir və transfer prosesində şəxsən rol oynamağa hazırlaşır.
Vlahoviç daha əvvəl “Fiorentina”da İtalianonun rəhbərliyi altında çıxış edib. Hücumçu karyerasının ən məhsuldar dönəmlərindən birini məhz Florensiya təmsilçisində keçirib.
“Beşiktaş”da yeni mövsüm üçün əsas prioritetlərdən biri keyfiyyətli “9 nömrə” transferidir. İtaliano da bu mövqeyə Vlahoviçin uyğun namizəd olduğunu düşünür.
Qeyd edək ki, Duşan Vlahoviç son olaraq “Yuventus”un formasını geyinib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi