Fransa millisinin kapitanı Kilian Mbappe komanda yoldaşı N’Qolo Kante barədə danışıb.
Apasport.az xəbər verir ki, “L’Equipe”ə açıqlama verən ulduz futbolçu təcrübəli yarımmüdafiəçinin hələ də yüksək səviyyədə çıxış edə biləcəyini bildirib.
Mbappe Kantenin yalnız çox qaçması ilə deyil, oyunu oxuma bacarığı ilə də seçildiyini vurğulayıb:
“Onun hələ də burada olması inanılmazdır. Meydanda dörd nəfərlik qaçır. İnsanlar bunun sadəcə qaçmaq olduğunu düşünürlər. Amma məsələ təkcə bu deyil. O, çox qaçır, amma düzgün qaçır. Mən çox qaçıb top qazanmayan futbolçular tanıyıram. Kante isə həm qaçır, həm də oyunu hiss edir. Futbol zəkası ona hər şeyi əvvəlcədən təxmin etməyə imkan verir. Bu, möhtəşəmdir”.
Mbappe 35 yaşlı futbolçunun oyununda yaşlanma əlaməti görmədiyini də əlavə edib:
“Zaman keçir, amma onun oyununda qocalıq əlaməti görmürəm. 64 yaşında pensiyaya çıxmaqdan qorxmur. O, bir az da davam edə bilər”.
Qeyd edək ki, Kante Fransa millisinin heyətində 69 oyun keçirib və 2 qol vurub. Fransa yığması DÇ-2026-da ilk oyununu iyunun 16-da Seneqala qarşı keçirəcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi