Kariusdan yeni müqavilə: BUNDESLİQADA OYNAYACAQ
10.06.2026 - 16:51
Kariusdan yeni müqavilə: BUNDESLİQADA OYNAYACAQ

“Şalke” qapıçısı Loris Kariusla müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı qolkiperlə imzalanan yeni sözləşmənin müddəti 2028-ci ilin yayına kimidir.

“Şalke” yeni mövsümdə Almaniya Bundesliqasında mübarizə aparacaq.

Qeyd edək ki, 32 yaşlı qapıçı 2025-ci ilin yanvar ayından "Şalke"də çıxış edir.