Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu DÇ-2026-nın qrup mərhələsində Avstraliya ilə oyundan sonra danışıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi məğlubiyyətə baxmayaraq, qrupda şanslarının davam etdiyini bildirib.
Kerem komanda olaraq məsuliyyəti üzərlərinə götürdüklərini deyib:
“Bitən heç nə yoxdur. Hər şey bizim əlimizdədir. Keyfiyyətə sahibik. Səhv və günahkar axtarmağın mənası yoxdur. Biz bir komandayıq”.
O, azarkeşlərdən üzr istəyib:
“Xalqımızdan üzr istəyirik, amma bizdən inciməsinlər. Onları səhərin erkən saatlarında yuxudan oyadıb qələbə hədiyyə etmək istəyirdik, amma alınmadı. İnşallah, növbəti matçlarda bunun əvəzini çıxacağıq”.
Qeyd edək ki, Türkiyə millisi D qrupunda növbəti oyununu Paraqvaya qarşı keçirəcək. Qarşılaşma iyunun 20-də Bakı vaxtı ilə saat 04:00-da San-Fransisko stadionunda oynanılacaq. Türkiyə qrupdakı son matçında isə iyunun 26-da saat 06:00-da ABŞ-la üz-üzə gələcək.