İspaniya millisinin müdafiəçisi Mark Kukurella dünya çempionluğu ilə bağlı maraqlı vəd verib.
Apasport.az xəbər verir ki, “Çelsi”nin futbolçusu İspaniya yığmasının 2026-cı il dünya çempionatının qalibi olacağı halda qeyri-adi addım atacağını bildirib.
“İspaniya dünya çempionu olsa, baş məqçimiz Luis de la Fuentenin üzünü döymə etdirəcəyəm”, - deyə Kukurella söyləyib.
Kukurella bu cür vədləri ilə ilk dəfə gündəmə gəlmir. O, daha əvvəl İspaniyanın AVRO-2024-də qələbə qazanacağı təqdirdə saçını qırmızıya boyadacağını demiş və turnirdən sonra sözünü tutmuşdu.
Müdafiəçi mundial öncəsi sosial şəbəkədə “Bu il saçımı boyatmayacağam” deyərək növbəti dəfə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi 2026-cı il dünya çempionatının H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi